Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada zavodda yanğın olub, ölənlərin sayı 15-ə çatıb - Video
Rusiyada zavodda yanğın olub, ölənlərin sayı 15-ə çatıb - Video

Rusiyanın Ryazan vilayətində "Elastik" zavodunda baş verən yanğında 15 nəfər həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

Məlumatı Səhiyyə Nazirliyi yerli bürosu 15 nəfər həlak olduğu xəbərini təsdiqləyib və dörd nəfərin taleyi məlum olmadığı barədə məlumat verib.

"Hadisə səhər saat 8:00-da istehsalat avadanlığı işə salındıqda baş verib. Zavodda pambıq alışıb və yanğının genişlənərək əraziyə yayılıb", - deyə mənbə bildirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğına səbəb texnoloji prosesin pozulması olub.

Saat 09:45 radələrində yanğın 160 kv.m sahədə lokallaşdırılıb. Əhali üçün heç bir təhlükə yoxdur.

Ryazan hökuməti sədrinin müavini Dmitri Filippov və Fövqəladə Hallar Nazirliyinin rəisi vəzifəsini icra edən Aleksandr Çupriyan həmin yerə gediblər.

Fövqəladə hallar xidmətinin məlumatına görə, sex partlayıcı maddələrin istehsalı və saxlanması və döyüş sursatlarının utilizasiyası ilə məşğul olan şirkətə məxsusdur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »