Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun yeni AY.4.2 növü sürətlə yayılmağa başlayıb
Koronavirusun yeni AY.4.2 növü sürətlə yayılmağa başlayıb

Rusiyada koronavirusunun yeni variantı “delta” ştammının yarımnövü olan AY.4.2 aşkar edildiyi barədə xəbərlər yayılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun insan xəstəliklərinin diaqnozu üçün yeni metodların hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Hafizov deyib.

AY.4.2 variantı İngiltərədə kəşf edildi. İngilis alimlərinə görə, bu "delta" ştammının 45 alt növündən biridir. London Universitet Kolleci Genetika İnstitutunda François Ballou yeni növün "delta" nın əvvəlki versiyasına nisbətən 10-15% daha sürətli yayıla biləcəyi versiyasını irəli sürüb.

Ekspert qeyd edib ki, bəli, "delta"nın AY.4.2 variantı artıq Rusiyada təcrid olunmuş hallarda aşkar edilib:

"Yeni variantın ortaya çıxması Rusiya Federasiyasında yoluxma hallarının artmasına səbəb ola bilər. "Delta"nın ilkin versiyasının ortaya çıxması pandemiyanın ciddi şəkildə artmasına səbəb olmuşdu. Bu yeni AY.4.2 alt növü də yoluxmaların artmasına təkan verə bilər. "Delta"dan  fərqli olaraq yeni növ sürətlə yayılma xassəsinə malikdir", - deyə K.Hafizov bildirib.

Eyni zamanda, mütəxəssis qeyd etdi ki, Rusiyada mövcud olan peyvəndlər virusun yeni versiyasına qarşı təsirlidir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »