Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samir Abasov: "Onlar meydanda bizim üçün xarüqələr yaradası deyillər"
Samir Abasov: "Onlar meydanda bizim üçün xarüqələr yaradası deyillər"

"Məqsədimiz bəzi futbolçuların fiziki durumunu daha da yaxşılaşdırmaq idi. Həmçinin oyun praktikası baxımından axsayan futbolçuları düşünmüşdük. Bu gün nə rəqib önəmli idi, nə də taktiki gedişlər var idi. Bunun üzərində işləməmişdik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, matçın gedişində baş verən mənfi və müsbət hadisələr məşqçilər heyətini o qədər narahat etmir: "Sırf fiziki hazırlıq baxımından bu matçın olmasını istəyirdik. Futbolçularımız meydanda çox hərəkət etdilər, qaçdılar. Bu mənada istəyimizə nail olduq".

Abasov ilk hissədə zədələnən Xorxe Korrea və Yusuf Lavalın durumuna da toxunub: "Daha çox Korreanın bu matçda iştirak etməsini istəyirdik. Əfsuslar olsun ki, zədələndi. Müayinədən sonra hər şey bilinəcək. Lavalın zədəsi isə elə ciddi deyil. İnanırıq ki, problem olmayacaq".

Baş məşqçi baxışda olan seneqallı futbolçular - dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə da fikirlərini bildirib: "Cavan uşaqlardır. Bizim üçün meydanda xarüqələr yaradası deyillər. Özümüz də onu gözləmirik. Sadəcə, bizə nə dərəcədə kömək edəcəklərinə baxırıq".

Abasovun sözlərinə görə, komandanın hazırlıq səviyyəsini bu oyunla ölçmək düzgün olmaz: "Fiziki durumumuz pis deyil. Amma "Sumqayıt"la çempionat matçında nə dərəcədə yaxşı olacağımız millidən qayıdacaq futbolçulardan asılıdır. Təəssüflər olsun ki, yığma ikinci oyununu səfərdə keçirəcək. U-21 millisində də əsas heyət üzvlərimiz var. Onların qayıdışından sonra ümumi ab-hava barədə danışa bilərik".

Son xəbərlər
Bütün xəbərlər »