Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yaşayıb kəndin küçələrinə həsəd aparanlar... - Foto
Bakıda yaşayıb kəndin küçələrinə həsəd aparanlar... - Foto

Xətai rayon sakinləri, hər gün məkətəbə, işə gedib-gələ bilmək üçün bərbad vəziyyətdə olan Mirzə Davud küçəsindən keçməli olurlar.

Bizimyol.info xəbər verir ki, fotodan da göründüyü kimi yolun vəziyyəti çox acınacaqlıdır. Ümumiyyətlə, yoldan əsər-əlamət yoxdur.

Yol salınması üçün dövlət büdcəsindən milyonlarla pulun ayrlmasına baxmayaraq, bu yol asvalt yox, taxta, kardon və dəmir parçalarından ibarətdir. Sakinlər bildirirlər ki, bu naşı üsulda “yol”u da palçıqdan keçə bilmək üçün özləri düzəldiblər.

Bakıda yaşayıb kənd yollarına həsəd aparan Xətai rayon sakinlərinin sözlərinə görə, “yol”un bu vəziyyətdə olması az deyilmiş kimi üstəlik, kənarlardan da kanalizasiya, çirkab suları axır.

Mirzə Davud küçəsi Mirzə Davud küçəsi

Qeyd edək ki, bu yolun vəziyyəti illərdir ki, bu haldadır. Gönür Mirzə Davud küçəsinin dərdini 40 mirzə, 40 gün yazsa da bitənə oxşamır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »