Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əməkdaşlıq potensialını təhdid etmək neqativ nəticələrə gətirib çıxara bilər"
"Əməkdaşlıq potensialını təhdid etmək neqativ nəticələrə gətirib çıxara bilər"

Bir müddətdir ki, İran -Azərbaycan münasibətlərində gərginlik müşahidə edilir. İranın israrla Ermənistana yardımlar etməsi, Azərbaycan tərəfinin verdiyi xəbərdarlıqların və Notanın saymazyana qarşılanması, ikitərəfli münasibətlərin gərginləşməsi ilə nəticələndi.

Münasibətlərdə yaranan gərginliyin nəticəsi nə ola bilər? Bunun iqtisadi münasibətlərə təsir edə bilərmi?

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında Azərbaycan üçün prinsipial əhəmiyyəti olan iqtisadi əlaqələr mövcud deyil: "Düzdür, Azərbaycanla İran, iqtisadiyyatın bir çox sahələrində qonşu dövlət kimi əməkdaşlıq edə bilərlər. Eyni zamanda, Azərbaycanla İran arasında ticarət dövriyyəsi də var. Xüsusilə, Azərbaycanın cənubunda yaşayan vətəndaşlarımız İran məhsullarını gətirib satır. Eyni şəkildə, Azərbaycan məhsulları İran bazarlarında satılır. İki qonşu ölkə kimi bu münasibətlər normaldır və olmalıdır".

Tural İsmayılov Tural İsmayılov

Ekspert bildirir ki, İranla Azərbaycan arasındakı siyasi gərginlik növbəti nəticədə İrandakı bəzi qüvvələr tərəfindən gərginliyə də gətirib çıxara bilər. İran tərəfindən Azərbaycan tərəfinə əsassız şəkildə səslənən, böhtan xarakterli iddialar, fikirlər, həmçinin İranın rəsmi diplomatlarının, əyalət mollalarının bəyanatlarının qarşısı alınmalıdır.

"Düşünürəm ki, İran Azərbaycan kimi geostrateji mövqeyi olan, bizim bölgəmiz və bütünlükdə Avrasiya məkanı üçün mühüm iqtsaidi-siyasi dəyəri olan bir ölkəni Ermənistan kimi cılız, lazımsız və ümumiyyətlə heç bir ticari-iqtisadi-siyasi dəyəri olmayan bir dövlətə görə incitməməlidir, itirməməlidir. Nəzərə almaq lazımdır ki, hazırda İrana qarşı ABŞ tərəfindən ciddi embarqolar tətbiq olunur. Eyni zamanda, İran daim qlobal güclərin və Qərb dairələrinin iqtisadi ticari sanksiyaları ilə üzləşir, iqtisadi təqiblərə məruz qalır. Belə olan təqdirdə, Azərbaycan kimi etibarlı iqtisadi tərəfdaşı ilə gərginlik yaratmaq, ümumiyyətlə iki ölkə arasındakı münasibətlərə kölgə salmaq, ölkələrin gələcək iqtisadi əməkdaşlıq potensialını da təhdid etmək İrana başucalığı gətirmir. Eyni zamanda, İran üçün ciddi neqativ nəticələrə gətirib çıxara bilər. Bu baxımdan siyasi münasibətlərin İran tərəfindən bir an əvvəl düzəldilməsi istiqamətində addımlar atması yerinə düşər",- deyə T. İsmayılov əlavə edib.

Politoloq xatırladıb ki, İranın əvvəlki rəhbərliyi torpaqlar işğaldan azad olunandan sonra Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin regiona səfəri olmuşdu. Bu səfər Azərbaycanla başlayıb Azərbaycanla bitmişdi.

Gələcəkdə Zəngəzur dəhlizinin tam formalaşmağı ilə regionda yenilənəcək ticari nəqliyyat və infrasturuktur layihələrindən İranın da yararlana biləcəyini deyən T.İsmayılov əlavə edib ki, eyni zamanda Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdiyi "3+3" platforması İranın iqtisadi inkişafına da mühüm töhfələr verə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »