Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcazəsiz reklam mesajları qanunla qadağandır
İcazəsiz reklam mesajları qanunla qadağandır

"İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respubliksının 14-cü maddəsinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələabtlarının ödənilməsində bərabər hüquqa malikdirlər".

Bu barədə Bizimyol.info saytının sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidmətindən məlumat verilib. Bildirilib ki, qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə birbaşa və ya dolayısıyla hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir.

"Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunun 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin kontragentə sərfəli olmayan və ya müqavilənin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi, rəqabətin məhdudlaşdırılmsına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran və yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə daxildir.

"Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə əsasən, əmtəələrin məcburi əlavə çeşidlə satışı haqsız sahibkarlıq fəaliyyəti hesab olunur.

"Qeyd olunan normativ tələblər nəzərə alınmaqla, abunəçilərin özlərinin razılığı olmadan reklam mesajlarının göndərilməsi hallarının araşdırılması üçün mobil operatorun və telefon nömrəsinə mesaj göndərən müəssisə haqqında məlumatları Dövlət Xidmətinə təqdim edilməklə, müraciətlər daxil olduğu halda məsələyə qanunvericiliyə uyğun olaraq baxılır" - deyə xidmətdən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl redaksiyamıza oxuculardan, onların telefon nömrəsinə müxtəlif obyektlər, sağlıq ocaqları, gözəllik salonları və s. bu kimi yerlərdən icazəsiz reklam mesajlarının gəlməsi ilə bağlı müraciət daxil olmuşdu.

Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bununla bağlı sorğu göndərmişdik. Sorğumuza verilən cavabdan bəlli olur ki, istehlakçılar bu kimi hallarla qarşılaşan zaman Dövlət xidmətinə müraciət edərək, öz telefon nömrələrini və onları narahat edən qurumların telefon nömrələrini bildirərək, şikayət edə bilərlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »