Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Çox yaxşı komandaya qarşı oynadıq"
Qurban Qurbanov: "Çox yaxşı komandaya qarşı oynadıq"

"Futbolçularımı təbrik edirəm. Bu qələbəni haqq etdilər. Çox istəkli idilər. Meydanda ən yaxşısını etdilər".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 2:0 hesabı ilə gəldikləri Premyer Liqanın VI tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis çempionatın lider komandalarından birinə qarşı oynadıqlarını bildirib: "Oyunlarını gördükdən sonra əmin olduq ki, boşuna ilk sırada deyildilər. Çox yaxşı komandaya qarşı oynadıq. Maraqlı görüşün şahidi olduq. Hər iki komanda sürətli, tez hücumlar qururdu. Futbolçularımdan razı qaldım".

Qurbanov qələbədə ustalıq səviyyəsi həlledici ola biləcəyini istisna etməyib: "Hər kollektivin öz üstünlüyü var. Xüsusilə ikinci hissədə meydana çıxan Filip Ozobiçlə Abdullah Zubir oyunu tam ələ ala bildilər. Rəqibin heyətində də yaxşı futbolçular var. Bəlkə də təcrübə hansısa anda köməyimiz oldu".

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »