Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
107 yaşlı fortepianoçu yeni albom buraxıb
107 yaşlı fortepianoçu yeni albom buraxıb

107 yaşlı fransız qadın Colette Mase 102 ildir fortepiano çalır.

Bizimyol.info xəbər verir ki, lenta.ru-nun fransa mətbuatına istinadən verdiyi məlumata görə, o, bu yaxınlarda yeni albom buraxıb.

Musiqiçi qadın həyatda çox çətinliklər gördüyünü və iki müharibənin şahidi olduğunu bildirib: "Yaxşı ki, əsas köməkçim - musiqi həmişə yanımda olub".

Mase beş yaşından bəri fortepianoda ifa etdiyini bildirib və o, sevimli işindən xüsusi zövq aldığını deyib. Musiqi səsindən nə vaxtsa, bezdiyini xatırlamır.

107 yaşlı xanım yaxınlarda öz kompozisiya toplusunu buraxıb və bunu son hesab etmir. "Dayanmaq niyyətində deyiləm, yeni əsərlər yaradacam", -deyə o bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »