Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şimal və cənub bölgəsində bu günə qədər 11175 m³ oduncaq tədarük olunub"
"Şimal və cənub bölgəsində bu günə qədər 11175 m³ oduncaq tədarük olunub"

Qışa hazırlıq məqsədilə, qazlaşdırılmayan kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.

Əhalinin sıx məskunlaşdığı, oduna daha çox tələbatın olduğu şimal bölgəsinin qazlaşdırılmayan 92 kəndinin əhalisinə bu günə qədər 5834 m³, cənub bölgəsinin qazlaşdırılmayan 321 kəndinin əhalisinə isə 4063 m³ odun tədarükü həyata keçirilib. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Vüqar Kərimov

Nazir müavini qeyd edib ki, eyni zamanda, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə ümumilikdə 1278 m³ həcmində odun tədarük edilib.

Nazir müavininin sözlərinə görə, şimal bölgəsi üzrə Quba rayonunun qazlaşdırılmayan 30 kəndinə 2620 m³, Qusar rayonunun qazlaşdırılmayan 12 kəndinə 688 m³, Xaçmaz rayonunun qazlaşdırılmayan 13 kəndinə 1133 m³, Şabran rayonunun qazlaşdırılmayan 16 kəndinə 944 m³, Siyəzən rayonunun qazlaşdırılmayan 15 kəndinə 141 m³, Xızı rayonunun qazlaşdırılmayan 6 kəndinə 308 m³ oduncaq tədarük olunub.

“Cənub bölgəsi üzrə isə Masallı rayonunun qazlaşdırılmayan 12 kəndinə 106 m³, Cəlilabad rayonunun qazlaşdırılmayan 68 kəndinə 627 m³, Yardımlı rayonunun qazlaşdırılmayan 74 kəndinə 421 m³, Lənkəran rayonunun qazlaşdırılmayan 26 kəndinə 642 m³, Lerik rayonunun qazlaşdırılmayan 106 kəndinə 1642 m³, Astara rayonunun qazlaşdırılmayan 35 kəndinə 625 m³oduncaq tədarük edilib”.

V. Kərimov onu da qeyd edib ki, qazlaşdırılmayan kəndlərin əhalisi Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göygöl ərazilərindəki Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edərək oduncaq əldə edə bilərlər.

Son xəbərlər
Bütün xəbərlər »