Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Facebook"da xəbər oxuyanların sayı bu il 7 faiz azalıb
"Facebook"da xəbər oxuyanların sayı bu il 7 faiz azalıb

"Facebook" bu dəfə jurnalistikanı məhv etdiyi üçün ittiham edilir. Nieman Jurnaslitlər Vəqfinin "Facebook" ilə bağlı apardığı əhatəli araşdırma, texnolgiya nəhənginin jurnalistikaya qarşı mənfi davranışlar sərgilədiyini və jurnalistikanı məhv etmək istədiyini ortaya qoyub.

1938-ci ildə Harvard Universitetinin tərkibində qurulan və dünyanın ən böyük jurnalistika qurumlarından hesab edilən Nieman Jurnalistika Vəqfinin apardığı araşdırmada qeyd edilib ki, "Facebook" ən yaxşı davranışları ilə yanaşı COVID-19 haqqında yalanlar və digər mənfi paylaşımlara da açıqdır. Sosial şəbəkənin jurnalistikaya mənfi təsir etdiyi də vurğulanıb. Araşdırma müəllifi Coşua Benton, "Facebook, jurnalsitikanı məhv etmək istəyir və bunu sosial şəbəkənin istifadəçiləri də edir" adını verdiyi araşdırmada qeyd edib ki, "Facebookun son illərdə xəbər işinə kaşgirməsəydik dediyi çox açıq müşahidə edilir". Əlbəttə xəbər axışında bəzi linklərin tıklanması gözəldir, amma bir çox istifadəçi bu linkərə tıklamır. Xəbər lentində olan paylaşımarın sadəcə 12,9 faizinı tıklanır. Böyük bir hissəsi idman və əyləncə xəbərləri olan bu linklərin səviyyəsi isə 4 faizdir".

PYU Araşdırma Mərkəzinin son məlumatlarının yer aldığı araşdırmada, xüsusilə ABŞ sərhədləri daxilində sosial şəbəkələr üzərindən paylaşılan xəbər və məlumatların önəmli şəkildə zəiflədiyi qeyd edilir. Belə ki, "Facebook"da xəbər oxuyanların sayı bu il 7 faiz azalaraq, 47 faiz səviyyəsinə düşüb. "Facebook jurnalistikaya qarşı çevriş etmək istəyir" fikrinin qeyd edildiyi analizdə, "Facebook" istifadəçilərinin Reddit və Twitterdə olduğu kimi informasiya xarakterli məlumatlarla maraqlanmadığı bildirilib.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »