Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tualetə mobil telefonla getmək təhlükəli imiş...
Tualetə mobil telefonla getmək təhlükəli imiş...

Vanın Yüzünci İl Universitetinin professoru Sabahattin Çelik və qrupu, mobil telefonla tualetə girib orada dəqiqələrlə vaxt öldürməyin sağlamlığa olan zərərlərini araşdırıb.

Aparılan araşdırmaya görə, tualetdə uzun müddət qalıb telefonla vaxt keçirmək hemoroidə səbəb olur. Apardığı araşdırmanı "Turkish Journal of Colorectal Disease" adlı jurnalda yayımlayan Sabahattin Çelik tualetdə ağıllı telefon istifadə etmənin hemoridə səbəb olduğunu sübut edib.

Sabahattin Çelik bildirib ki, "hemoroid geniş yayılmış bir xəstəlikdir. Bəzi araşdırmalara görə, 50 yaşından sonra insanların 60 faizində bu problem özünü göstərir. Bununla yanaşı, mobil telefonlar artıq hamıda var. Bu telefonlarda əsasən sosial şəbəkələrdən istifadə edilir. Hətta sosial şəbəkə asılılğı yaranır. Bəzi xəstələrimizin mobil telefon istifadə edərkən tualetə getdiklərini müşahidə etdik. Poliklinika müayinələrimiz zamanı xəstələrin "mobl etelfonla tualetə gedirəm" fikirlərini araşdırmaq istədik. İstanbuldakı bir xəstəxana ilə mərkəizimizdə bir araşdırmaya başladıq. Məqsədimiz cəmiyyətin hansı qisminin mobil telefonla tualetə getdiyini və bu zaman sosial şəbəkədə nə qədər zaman keçirdiyini müəyyən etmək idi".

Araşdırmada 802 hemorid şikayəti olmayan və 882 nəfər şikayəti olan müşahidə altına alınıb. Həkimin fikrincə, nəticələr çox maraqlı olub.

"Mobil telefonla tualetə gedənlərin sayı həddən artıq çoxdur. Həm xəstələrdən, həm də şikayəti olmayanların çoxu mobil telefonla tualetə gedir. Mobil telefonla tualetə gedən şəxslər, orada daha çox zaman keçirir. Tualetdə çox zaman keçirən zaman anal bölgədə uzun müddət sıxılma olur. Anal bölgədə sıxılma hemoroidin patogenezində risk faktoruna səbəb olur. Buna görə də hemoroid şikayətləri artır" - deyə həkim qeyd edib. Onun sözlərinə görə, hemoroidi olan xəstə qrupunun 50 faizi tualetə telefonla girir. Tualetə telefonla gedənlərin 26 faizi sosial şəbəkələrdə zaman keçirir. Böyük əksəriyyət tualetdə olduğu zaman sosial şəbəkəyə 10 dəqiqə zaman sərf edir.

Həkimin fikrincə, tualetə cib telefonu ilə girmənin risk faktoru olduğunu hər kəs bilməli və bu vərdişdən uzaqlaşmalıdır:

"Telefonların tualetdə istifadə edilməsi risk faktoru kimi qəbul edilə bilər. Buna görə də hər kəs sağlamlığını düşünüb tualetə gedəndə telefonla getməməlidir" - deyə həkim qeyd edib.

Psixoloq Leyla Zamanın fikrincə, tualetə telefonla girən kişilər, telefonlarını qadınlarından gizlətmək məqsədi ilə bu addımı atır:

"Kişinin gizlinləri varsa, o telefonu rahatlıqla qoyub heç yerə gedə bilməz. Belə kişilər duş aldıqları və ya tualetə girdikləri zaman telefonla gedərlər. Qadının yanında gizlinlərinin ortaya çıxmasındansa, hemoroid olmağa daha çox üstünlük verərərlər. Bir neçə qadını əlində saxlamağa çalışan kişi tualetdə telefonla bu işi görür"...

Psixoloq qeyd edib ki, tualetə telefonla gedən kişilər, 55 yaşına qədər olan kişilərdir. Çünki bu yaşdan sonra kişi nə istədiyinə qərar verir və gizlətməyə heç nəyi qalmır. Qadınlar isə, tualetə telefonla getmir. Bu birmaənlı olaraq belədir. Tualetə telefonla ancaq yeniyetmə qızlar gedir ki, bu da bir neçə il davam etmir.

Uroloq Rəşad Tarverdiyevin fikrincə isə, tualetdə çox oturmağın böyrəklərlə, cinsi fəaliyyətlə heç bir əlaqəsi yoxdur: "Düzdür. tualetdə çox oturmaq çanaq əzələlərində dartılma yaradır. Ancaq bunu hər hansı bir xəstəlik yaradacağına dair heç bir dəlil yoxdur."

Ginekoloq Xoşqədəm İbrahimova bildirib ki, tualetdə çox oturmaq ginekoloji xəstəliklərə səbəb olmur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »