Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksin olunanların ölüm sayı 16,6 dəfə azalıb
Vaksin olunanların ölüm sayı 16,6 dəfə azalıb

ABŞ-da Xəstəlik İdarəetmə və Qorunma Mərkəzlərinin apardığı 3 araşdırma ilə koronavirisun delta variantının göstərdiyi təsirlərin vaksindən sonra necə dəyişdiyini müəyyən edib.

Araşdırmaya görə, vaksinlər delta variantına yoluxma riskini 5 dəfə, xəstəxanaya düşmə səviyyəsini isə 10 dəfə, ölüm riskini isə 11 dəfə azaldır. Xəstəlik mərkəzlərində 600 mindən çox insanın delta variantından əvvəlki (4 aprel-19 iyun) və sonrakı (20 iyun-17 iyul) məlumatları araşdırılıb. Məlumatları yaş qruplarına görə ayıran araşdırmaçılar, delta varantından əvvəl peyvənd olunan şəxslərin infeksiya riskinin, olmayanlarla müqayisədə 11 dəfə az olduğunu müəyyən edib. Delta variantından sonra isə bu səviyyənin 4,6 dəfə oluğu müşahidə edilib.

Xəstəxanaya yerləşdirmə səviyyəsinə gəldikdə isə araşdırmalara görə, vaksin olunan şəxslər olmayanlarla müqayisədə 13 dəfə daha az (deltadan öncə), deltadan xəstəxanaya yerləşdirilmə səviyyəsi 10-a düşüb.

Koronavirusdan ölənlərin statistikasına nəzər saldıqda isə, müəyyən edilib ki, delta variantından öncə vaksin edilən şəxslərin ölüm səviyyəsi edilməyənlərlə müqayisədə 16,6 dəfə az olub. Delta variantından sonra isə bu rəqəm 11,3-ə düşüb.

Bu məlumatlar nəzərdən keçirən tədqiqatçılar vaksinlərin təsir səviyyəsinin azaldığını müəyyən ediblər. Belə ki, delta variantından əvvəl 91 faiz təsirli olan vaksinlər delta varinatı ilə 78 faizə düşüb. Bununla yanaşı, xəstəxanaya yerləşdirmə riskinə qarşı qoruma səviyyəsi 92 faizdən 90-a, ölüm riskinə qarşı qromanın isə 94-dən, 91-ə düşdüyü müəyyən edilib. Bu səviyyənin azalması yaşlı insanlarda daha çox müşahidə edilir. Belə ki, aparılan ikinci araşdırmada, 33 min nəfərin məlumatı müşahidə edilib. Məlum olub ki, 18-74 yaş qrupunda olan şəxslərdə 89 faiz müqavimət göstərən vaksinlər, 75 yaşdan böyüklərdə 76 faiz müqavimət göstərib.

Üçüncü araşdırmada isə vaksinlərin yaşlılar üzərində olan fərqli təsirləri araşdırılıb. Min nəfərin qatıldığı araşdırmada vaksinlərin orta hesabla 87 faiz qoruduğu müəyyən edilib. 18-64 yaşlılar arasında bu səviyyə 95 faiz, 65 yaşından böyüklərdə isə 80 faiz olub.

Dünyanın müxətlif ölkələrində vaksinlərin əhaliyə təsirləri araşdırılır. Vaksinasiyadan sonra ölüm səviyyəsinin, xəstəxanaya yerləşdirilmə səviyyəsinin, xəstəliyi ağır və ya yüngül keçirmə və s. bu kimi faktlar araşdırılır.

Azərbaycanda isə, təəssüf olsun ki, belə araşdırmalar aparılmır. Bu səbəbdən də Operativ Qərargahın əhaliyə təqdim etdiyi statistikaya inamsızlıq olur. Saxta COVID-19 pasportlarının satışı, əks göstərişlər və klinikaların xəstələri qəbul etməsi üçün tələb etdiyi rüşvətlər, bu sahədə olan qanunsuzluqlarla bağlı həbslər, Ramin Bayramlının istefası, vaksinasiyadan sonrakı ölümlər, TƏBİB-in qaynar xəttinin daim məşğul olması, Təcili Tibbi Yardımın xəttinə düşmə problemi, Təcili Tibbi Yardımın xəstə çağırışlarına gəlməməsi və ya gec gəlməsi, COVID-19 xəstələrinə verilməli olan dərman paketlərinin yığışdırılması və s. bu kimi hallar vətəndaşda səhiyyə sisteminə olan inamı öldürür. Dövlət qurumlarına göndərilən sorğular isə, onların istəkləri çərçivəsində cavablandırılır.

Nə qədər ki, bu sahədə şəffaflıq yoxdur, kimsə vətəndaşı vaksinin xəstəlikdən qoruduğuna və xəstəxanalarda xəstələri həkimlərin öldürmədiyinə inandıra bilməyəcək. Səhiyyə sistemində şəffaflıq üçün isə, bu sistem tamamilə təmizlənməlidir.

Təəssüflər olsun ki, bu gün ölkədə vaksinasiyadan danışan ekspertlər belə, digər ölkələrin araşdırmalarına istinad edir. Azərbaycanda isə uzun illərdən sonra ilk dəfə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib. Bu barədə TƏBİB-in keçmiş rəhbəri öz tvitter səhifəsində yazmışdı.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »