Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Baydendən sonra ABŞ -ın çökəcəyini deyib
Tramp Baydendən sonra ABŞ -ın çökəcəyini deyib

ABŞ -ın keçmiş prezidenti Donald Tramp yaxın 3 ildə ölkənin yoxa çıxacağını proqnozlaşdırdığını deyib.

Bizimyol.info xəbər verir ki, keçmiş prezident Donald Tramp "Newsmax"a verdiyi müsahibədə Co Baydenin hakimiyyətə gəlişindən sonra ölkənin sürətlə uçuruma yuvarlandığını deyib.

ABŞ -ın 45 -ci prezidenti növbəti prezident seçkilərindən sonra Amerika dövlətinin məhv olacağına inandığını bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə keçiriləcək seçkilərdə respublikaçılar ABŞ Konqresində çoxluq qazana, 2024-cü ildə isə rəhbərliyə gələ bilməsə, 3 ildən sonra ölkədən heç nə qalmayacaq.

Tramp: "2022 -də (Nümayəndələr Palatasına və ABŞ Senatına) və 2024 -də (prezident seçkiləri) biz bu seçkiləri keçirdiyimiz zaman artıq ölkəmiz mövcud olmayacaq".

Siyasətçi, ABŞ hökumətinə Barak Obamanın rəhbərlik etdiyini deyib: "Bilirsiniz, Bayden böyük bir birləşdirici olacaqdı, amma ola bilmədi və əksinə, o indi Obamadan da pisdir. Bir çoxları hazırkı hökumətin başında Obamanın olduğunu düşünür".

Son xəbərlər
Bütün xəbərlər »