Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici dövlətlərdə peyvənd güzəştləri, Azərbaycanda isə…
Xarici dövlətlərdə peyvənd güzəştləri, Azərbaycanda isə…

Dünyanın bir çox ölkələrində peyvəndlənmə prosesini sürətləndirmək, insanları bu işə cəlb etmək üçün müxtəlif üsullar tətbiq olunmağa başlayıb. Bu üsullar istər dövlət orqanları tərəfindən, istərsə də özəl sektor çalışanları tərəfindən aparılır. Məsələn, peyvənd pasportu olan şəxslərə üstünlüklər verilir, bir çox xidmətlərdən ödənişsiz və ya endirimlərlə yaraylanmaq şansı yaradılır.

Qonşu ölkə Gürcüstan da bu üsullardan istifadə etməyə başlayıb. Gürcüstan Ədliyyə Nazirliyi açıqlama yayaraq, bildirib ki, koronavirus əleyhinə tam vaksin olunan şəxslərə güzəştlər tətbiq ediləcək. Məlumata bildirilir ki, peyvəndin hər iki dozasını vurduran vətəndaşlar nazirliyin xidmətlərinin bir qismini ödənişsiz, bir qismini isə yarı qiymətə əldə edə biləcəklər. Ödənişsiz xidmətlərə fərdi sahibkarın qeydiyyatı, qeydiyyata dair məlumatların dəyişdirilməsi, ləğvi və daşınmaz əmlak bəyannaməsinin yenilənməsi daxildir 50 %-lik endirimdən isə evliliyi əngəlləyən hallar barədə bildirişin alınması və şəxsiyyət vəsiqəsinin sertifikatının yenilənməsi xidmətlərindən istifadə zamanı yararlanmaq mümkün olacaq. Sonda isə qeyd olunur ki, Ədliyyə evlərində və icma mərkəzlərində göstəriləcək güzəştli xidmətlərdən istifadə üçün öncədən növbəyə yazılma tələb edilmir.

Bundan əlavə olaraq, Gürcüstanın Operativ Qərargahının rəisi Giorgi Qibradze açıqlama verib və bildirib ki, Dövlət Qurumlararası Koordinasiya Şurası koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçən vətəndaşlar üçün müəyyən güzəştlərin müəyyən edilməsi üzrə iş aparır.

Vaksin olunan şəxslərə gözəştlər tətbiq edən digər ölkələrdən biri isə qardaş Türkiyədir. Burada bələdiyyələr, icra hakimiyyətləri, müxtəlif dövlət orqanları Əhalinin koronavirus pandemiyasına qarşı peyvənd olunmağa təşviq etmək üçün xüsusi kompaniyalar hazırlayırlar. Məsələn, bölgələrdəki bəzi turizm müəssisələrində, restoranlarda, mağazalarda pasportu olan şəxslərə 40-50 fazi endirimlər təklif olunur.

Hətta bir müddət əvvəl ABŞ prezidenti Co Bayden, ştatları və regionları, həmçinin yerli hakimiyyət orqanlarını peyvənd stimulunu artırmaq, ictimaiyyəti və insanların həyatını qorumaq üçün əlavə təşviq olaraq hər yeni vaksin olunan amerikalı üçün 100 dollar ödənişi təmin etməyə çağış etmişdi və bildirmişdi ki, Maliyyə Nazirliyi yerli hakimiyyət orqanlarına texniki yardım göstərməyə hazırdır.

Görünən odur ki, dünya ölkələri insanları qadağalarla yox, daha çox şirnikləndirici yollarla vaksinasiyaya dəvət edirlər. Azərbaycanda isə bu proses tamamilə əksinə aparılır. Nə dövlət orqanları, nə də özəl sektor çalışanları tərəfindən bu cür kompaniyalara üstünlük verilmir. Səbəbi isə məlum deyil…

Yalnız məhdudiyyətlər, qadağalar qoyumaqla prosesin nə dərəcədə uğurlu olacağı isə yəqin ki, sonda məlum olacaq.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »