Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səs dalğalarının gücü: İnsan “Şeytan intervalı” ilə 100 ildir kütləvi şəkildə aqressivləşdirilib
Səs dalğalarının gücü: İnsan “Şeytan intervalı” ilə 100 ildir kütləvi şəkildə aqressivləşdirilib

Hövsələniz çatırsa, bu məqaləni mütləq oxuyun. Çünki unutduğunuz və ya bilmədiyiniz çox maraqlı məlumatlar əldə edəcəksiniz.

Harvard Universiteti məzunu, Nobel mükafatçısı doktor Horovitzə görə, sevginin özünəməxsus səsləri və rəngləri var. Əgər doğru səs dalğasında yayın edilərsə insan orqanizmi müvafiq səs dalğalarından şəfa məqsədilə istifadə edə bilər. 528 Hz dalğasının sevgi və yaradıcı bir dalğa olması artıq isbatlanmışdır. 528 Hz dalğası musiqi notlarından Mi səsinə uyğun gəlir. Alim bildirib ki, genetika mühəndisləri DNT-nin reablitasiyası, üzərində çalışarkən bu səs dalğasından istifadə edirlər.

Modern tibbdə vücuddakı elektromaqnetik sahələrin (Aura) müəyyən bioloji müddət ərzində yeniləndiyi məlumdur. Antik dövrlərdə Tibet şamanlarının, Monqolların şəfa məqsədi ilə istifadə etdikləri musiqi alətləri və musiqilərin məhz bu dalğada səs çıxardığı məlum olub.Elə islam aləmindəki təsəvvüv musiqisini də bura aid etmək olar. Titrəşimlərin şəfaverici gücü barədə hələ uzun illr öncə Nikola Tesla bəyan eləmişdi. Tesla hətta müəyyən titrəşimli dalğalar göndərməklə uzaqdakı xəstəni müalicə etməyin mümkünlüyü iddiasını irəli sürmüşdü. Bu dalğalar vasitəsilə onkoloji xəstəliklərin belə sağalması, insan orqanizminin özünü bərpa etməsi mümkündür. Bəzi iddialara görə kosmosdakı astronaftların bu yolla müalicəsi aparılır. Lakin dərman istehsalçısı olan böyük firmalar səs dalğaları ilə auranın bərpası və orqanizmin müalicəsi barədə deyilənləri sadəcə, nağıl adlandırmaqla özlərinin götürəcəkləri faydalara xidmət edirlər. Hətta 528 Hz dalğasındakı səsə, titrəşimə gündə bir neçə dəfə qulaq asmağın insanı gəncləşdirdiyi, beyni daha çox inklişaf etdirməklə müəyyən güclərə sahiblənməyə yardımçı olduğu deyilir.

Əslində son 15 ildə USM cihazı ilə insan orqanzimində daxili xəstəliklərin, ana bətnində körpənin inkişafının görünməsi də bu texnologiya əsasında yaradılıb - səs enerjisinin.

Deyilənlərə nümunə olaraq qeyd edək ki, Meksika Körfəzində aparılmış bir təcrübə özünü doğruldub, səs dalğaları ilə körfəzin çirkli suları təmizlənib. Mütəxəssislərin fikrinə görə, 528 Hz titrəşimləri var olan hər şeyə toxuna bilir, çünki maddi olaraq mövcud olan hər bir şey əslində titrəşimlərdən ibarətdir, enerjidir. Hətta insan bədənindəki hər orqanın özünün ayrı-ayrı titrəşimlərə uyğun gəldiyi bildirilir.

Məsələn:

337 Hz: Qan dövranına

537 Hz: Endokrin sistemə

625 Hz: Böyrək funksiyalarına

635 Hz. Hipoviz vəzinə

654 Hz: Pankreas vəzinə

662 Hz: Epiviz vəzinə

696 Hz: Ürəyə

751 Hz: Qara ciyərə

763 Hz: Tiroid vəzinə

764 Hz: Sinir sisteminə

835 Hz: İmmunitetə

1335 Hz: Adrenalin və stresslə mübarizə

1565 Hz: Ruh halжna müalicəvi təsir edir.

A=440 Hz – Zəhərli dalğa.

Hər gün dinləyib zövq aldığımız bütün musiqilər A=440 Hz Hz-də səslənir. Və bu zəhərli dalğa hesab olunur. Bəs nə üçün 528-də sevgi və huzn tapırıqsa, 440 hz-də bizləri zəhərləməyə kimlər qərar verib?

Hər şey “Standard Tuning” dediyimiz musiqinin A=440 Hz-də müəyyənləşməsi ilə başlayıb. Bunu da illər öncə ilk dəfə Rokfeller qrupu həyata keçirib. Ona alternativ olan A=444 Hz (C=528 Hz) isə gizlədildi. 528 Hz, yəni müsbət titrəşimlər demək olar ki, bütün xəstəlikləri yaxşılaşdırmaq gücündəydi. Amma öncə senzura tətbiq edildi, daha sonra da unutduruldu.

Suya gözəl sözlər deyildiyində onun molekullarının çox səliqəli və yaradıcı bir şəkildə düzülməsi barədə yəqin eşitmisiniz. İnsan orqanizminin 80 faizini su təşkil edir. Suyun böyük yaddaşı və enerji keçirilciliyi var.

Bir çox insanlar rok, caz, Afroamerikan musiqiliərini baş şişirdən, aqressiv musiqi olaraq qiymətləndirir. Bu musiqilər kütləvi şəkildə hissləri yatırmağa və ya əksinə, qaldırmağa hesablanıb. Ümumiyyətlə, modern dünyada kütlələrə təqdim olunan hər şeyin altında kütlə psixologiyasını idarə etmək istəyi dayanır. Tarix boyunca müharibələr törətməklə böyük maliyyə əldə etməyə maraqlı olan güclər oldu . Səs dalğaları elmi haqqında məlumatlı olan İllüminati və Rotşildlər 1770-ci ildən etibarən bunun üzrində gizli çalışmalara başladılar.

İşıq və səs istehsal oluna bilən, riyazi və fiziki göstəriciləri olan təbiət hadisələridirlər. Komplo nəzəriyyələrinə qulaq asası olsaq, bu mütləq güclər bioenerjik yolla müəyyən dalğalarla, elektromaqnetik manipulyasiyalarla şüuraltımızı kontrol altına alırlar, psixologiyamızı və davranışlarımızı tənzimləyirlər.

1913-cü ildə Rotşildlər ABŞ-da 3-cü ən böyük bankı - Federal Ehtiyatlar bankını qurdu. Bu bankla müharibədən sonrakı Avropa dövlətləri maliyyələşdilər və milyardelərin əlaltılarına çevrildilər. Ona Rokfeller və Morqan yardım edirdi. Birinci və İkinci dünya müharibələri arasındakı dövrdə musiqi dalğaları və onların insan beyninə təsiri üzərində böyük araşdırmalar aparıldı. Savaş çıxardan dalğalar üzərində təcrübələr getdi. Məqsəd kütlələri duyğusal çöküş və eyforiyaya sala bilmək, buna nəzarət etmək idi. 2-ci Dünya müharibəsinə ABŞ Müdafiə Nazirliyi ilə birlikdə aparılan əməliyyatlarda müharibədə səs dalğalarının təsiri öyrənildi və ABŞ radiodalğaların A=440Hz dalğasında sabitlənməsini təklif etdi. Bütün dünyada bilmədən buna uydu. Elvis, British Invaders musiqi qrupu, Beatles kimi dünyəvi şöhrət tapmış musiqiçilərin şeytani səs dalğalarında təqim etdiyi əsərlər insanlarda şəhvət və cinayətkar duyğuların oynamasını tətikləyirdi. Hətta Beatles qrupunun bir konserti İsraildə ləğv edildi. Çünki Mossad İngiltərə Kraliyyət ailəsini yaxından təqib etmiş, aparılan səs dalğaları təcrübələri barədə məlumat toplaya bilmişdi.Məşhur Elvisin meneceri ABŞ ordusunda xidmət etmiş palkovnik idi.

Aparılan bütün araşdırmalar A=440Hz səs dalğasının insan çakraları ilə uyğunsuzluğunu üzə çıxardı.Bu dalğa bütün dünyada şeytanın intervalı olaraq bilindi. İnsanların eqolarını şişirir, zehni basqı altında saxlayır, yaradıcılığı kor edir, əksinə cinsəlliyi, aqressiyanı itiləşdirir.

Səs dalğası enerji yüklü maddə olub, tətbiq şərtlərinə görə orqanizmin böyümə və inkişafını həm artıra, həm azalda bilər. Səs dalğası orqanizmlərdə fizioloji, biokimyasal və molekulyar səviyyədə dəyişikliklərə səbəb ola bilər. Yüksək güc və dalğalarda tətbiq edildikdə hüceyrə membranlarında incəlməyə, genomlarda dəyişimlərə səbəb ola bilir. Bu artıq elmi sübutunu tapıb. Elmi sübutunu tapmış bütün hər şeydən isə gizli güclər öz idarəçilik məqsədləri üçün istifadə edirlər. heç nəyə gücümüz çatmasa da, öyrənməyə bilməyə gücümüz çatar. Özünüzü 528 Hz dalğalarının qoynuna atın tez-tez. Könül gözünüz açılsın deyə.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »