Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dərs ili öncəsi texnologiya bazarında qiymətlər və kredit şərtləri...
Dərs ili öncəsi texnologiya bazarında qiymətlər və kredit şərtləri...

Yeni dərs ilinin başlanmasına düz 1 ay qalıb. Apardığımız müşahidələr zamanı şahidi olduq ki, əvvəlki illərdən fərqli olaraq, məktəb bazarlıqları hələ başlamayıb. Çünki övladını məktəbə yola salacaq valideynlər hələ də vəziyyətin necə olacağını, məktəblərin açılıb-açılmayacağını, dərslərin əyani, ya distant formada keçiriləcəyini bilmirlər.

Lakin texnologiya bazarında vəziyyət tam fərqlidir. Yeni dərs ili öncəsi kompüterlərə, smartfonlara, planşetlərə tələbat artıb və bazarda canlanma müşahidə edilir. Buna səbəb isə son günlər yoluxanların sayının çoxalması və hökumətin yenidən qapanmalara gedəcəyi ehtimalının artırmasıdır. Bu isə dərslərin yenidən onlayn formada davam edəcəyi mənasına gəlir.

Ötən dərs ilinin onlayn keçməsinə baxmayaraq, hələ də dərslərə qoşulmaq üçün lazımi avadanlıqları olmayan, bu vəziyyətin müvəqqəti olduğunu düşünərək yaxınlarının cihazlarından istifadə edənlər var idi. Görünür, yoluxmaların yenidən kəskin artması artıq insanlarda əyani dərslərin başlaması ümidini öldürüb.

Qiymətlərlə maraqlanmaq üçün elektronika mağazalarına üz tutduq. İlk yollandığımız “Kontakt Home” mağazalar şəbəkəsində kompüterlərin qiymətləri 500-5000 manat aralığında idi. Qiymətlər, kompüterin firmasına, yaddaşına və funksiyalarına görə dəyişirdi.

Burada smartfonlar 220 manatdan, planşetlərin isə qiyməti 140 manatdan başlayırdı. Planşetlərin qiyməti 1900 manata kimi qalxırdı.

Digər yollandığımız mağaza isə “Optimal” mağazalar şəbəkəsi oldu. Burada isə kompüterlərin qiymətləri 800 – 3800 manat aralığında idi. Tefelonların qiyməti 200 manatdan başlayırdı. Təbii ki, 200 manata olan telefon ən aşağı göstəricilərə malik olan telefonlar idi.

Son olaraq isə “Maxi.az” mağazalar şəbəsinə baş çəkdik. Şəhərin bir neçə yerində filialı olan mağazada ən ucuz noutbukun qiyməti 650 manat idi. Qiymətlər 4100 manata qədər qalxırdı. Bu mağazada isə ən ucuz smartfonu 200 manat civarında tapmaq mümümkündür.

Olduğumuz mağazalarda kredit şərtləri ilə də maraqlandıq. Bütün Azərbaycanda, o cümlədən banklarda olduğu kimi kredit şərtləri o qədər də sərfəli deyil. Mağazalar "faizsiz" desələr də, nağd və kredit yolu ilə alış qiymətlərində elə bir fərq yaradırlar ki, bank faizindən də yüksək alınır.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »