Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmik səyahət biletlərinin qiyməti açıqlandı
Kosmik səyahət biletlərinin qiyməti açıqlandı

Virgin Galactic (VG) kosmik uçuşlar üçün bilet satışını yenidən başladıb.

Bizimyol.info xəbər verir ki, bər bir oturacaq üçün biletin qiyməti 450 mindir. Milyarder Richard Bransonun rəhbərlik etdiyi Virgin Group törəmə şirkəti, daha bir neçə sınaq missiyasını başa vurduqdan sonra gələn il ticari uçuşlara başlamağı ümid edir.

VG, uçuşlarda tək oturacaqlar, dost və ailə paketləri və ya bütün kosmik gəmi sifariş etmək imkanı olacağını söyləyib.

Daha əvvəl 250 min dollara bilet satan şirkət, 2014 -cü ildə ölümcül qəzadan sonra bilet satışını dayandırmışdı. Onu da qeyd edək ki, şirkət satışları dayandırmamış 600 -ə yaxın bilet satıb.

Şirkətin direktoru Michael Colglazier verdiyi açıqlamada, şirkətin kosmos səyahəti ideyasına ictimai marağın keçən ay uğurlu sınaq missiyasından sonra yenidən artdığını söyləyib.

"Unity 22 uçuşundan sonra istehlakçı marağının artması səbəbindən satışların bu gündən etibarən yenidən açıldığını elan etməkdən məmnunuq",-deyə bildirib.

Hazırladı:Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »