Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vüqar Səfərli ev dustaqlığına buraxılmayıb
Vüqar Səfərli ev dustaqlığına buraxılmayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirlərinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətlə çıxış ediblər.

Hakimlər müşavirədən qayıtdıqdan sonra həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin təmin olunmadığını elan ediblər.

Məhkəmə baxışı avqustun 20-nə təyin edilib.(report)

Son xəbərlər
Bütün xəbərlər »