Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video

İndoneziyada qız keçmiş sevgilisinin toyuna gələrək onun ikinci arvadı olub.

Bizimyol.info xəbər verir ki, bu barədə lenta.ru məlumat verib.

Gəlin Nur Khusnul Kotimah deyib ki, Yuanita Ruri onların toylarına gələrək nişanlısı Korik Əkbərdən onunla da evlənməsini istəyib. 21 yaşlı Ruri 2016-cı ildən Korikin sevgilisi olub.

Qadının dostları sosial şəbəkələrdə Korik Əkbərin toya hazırlanması ilə bağlı xəbərə rast gələndə, gəlinin Kotimah yox, Ruri olduğunu zənn edərək onu təbrik etməyə başlayıblar. Ruri də dəvət almadan Əkbərin gəlin qaçırma mərasiminə gəlib və onun ikinci arvadı olmasını istədiyini bildirib.

Çıxılmaz vəziyyətlə üzləşən 20 yaşlı gənc ailəsi ilə məsləhətləşdikdən sonra, eyni vaxtda iki qızla da evlənmək qərarına gəlib.

Korik Əkbər bildirib ki, gəlinlər üçün cehiz praktik olaraq eynidir və 1,75 milyon İndoneziya rupisi təşkil edir.

O,  bu  qərarının asan olmadığını, çünki işsiz olduğunu və hər iki xanımının maddi təminatını ödəməli olacağını qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »