Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbirstanlıqda heykəl davası
Qəbirstanlıqda heykəl davası

Almaniyada atasının məzarına heykəl qoyan adamın başı bəlaya girib.

Bizimyol.info xəbər verir ki, Almaniyada yaşayan 51 yaşlı Oliver 2013-cü ildə vəfat edən atası Ewaldın məzarı üzərində bir heykəl hazırlatmaq qərarına gəlib. Lakin qısa müddət sonra taxtadan hazırlanan heykəllə bağlı bələdiyyə başçısına şikayətlər gəlməyə başlayıb.

Şikayətlərdə isə heykəlin Adolf Hitlerə bənzədiyi və onun dərhal götürülməli olduğunu bildiriblər.

Belə ki, heykəl qara saçlı, bığlı, əynində isə 88 rəqəmi yazılmış futbol komandasının forması olan bir insanın təsviridir. 88 rəqəminin Hitler salamını simvolizə etdiyini iddia edərək, şikayət edənlərin müraciəti əsasında məsələ ilə bağlı istintaq başladılıb və heykəl qəbiristanlıqdan çıxardılıb.

Oliver isə iddiaları rədd edərək, nasist olmadığını, atasının 30 il bir futbol klubunda bilet agenti olaraq çalışdığını, 88 rəqəminin isə atasının yaşadığı evin nömrəsini təmsil etdiyini bildirib.

Leyla

Son xəbərlər
Bütün xəbərlər »