Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokio-2020: Daha bir gimnastımız mübarizəyə başladı
Tokio-2020: Daha bir gimnastımız mübarizəyə başladı

Azərbaycanın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, fərdi çoxnövçülükdə mübarizə aparan atlet müxtəlif hündürlüklü qollarda 10,833 xal toplayıb.

Nekrasova dayaqla tullanmada 12,266, gimnastika tirində isə 12,666 xala layiq görülüb. O, xalça üzərində sərbəst hərəkətlərdə 12.000 xal yığıb.

Gimnast hazırda 48,232 xalla çoxnövçülükdə 24-cü sıradadır.

Qeyd edək ki, final mərhələsinə 24 idmançı qatılacaq. Həlledici raundda bir ölkədən yalnız iki gimnast iştirak edə bilər. Çoxnövçülükdən əlavə növlərə görə də finalçılar bəlli olacaq.

Daha əvvəl idman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutub. Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.

Son xəbərlər
Bütün xəbərlər »