Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib

Tokio Yay Olimpiya Oyunları bir neçə gün əvvəl start götürüb. İlk medallar qazanılır. Eyni zamanda, qalmaqallar da yaranır.

Bizimyol.info xəbər verir ki, müsəlman idmançı İsrail təmsilçisi ilə qarşılaşmamaq üçün olimpiadadan imtina etmək qərarına gəlib. Fəthi Nurin evə qayıtmaq istədiyini bildirib. Cüdoçunun qərarını məşqçi Amar Benixlev də dəstəkləyib.

Əlcəzairli idmançı heç bir halda israilli ilə üz-üzə gəlmək istəmədiyini açıqlayıb. Beynəlxalq Cüdo Federasiyası dərhal məsələyə münasibət bildirib. Həm atlet, həm də məşqçi ciddi qınanılıb. Beynəlxalq Cüdo Federasiyası hər iki şəxsi cəza gözlədiyini bildirib. Onların bir müddət beynəlxalq yarışlardan kənarlaşdırılacağı dəqiqdir.

Maraqlı orasındadır ki, Fəthi Nurin olimpiadaya İsrail təmsilçisinə qarşı mübarizə ilə başlamır. Əlcəzairli əvvəlcə iyulun 26-da sudanlı Məhəmməd Əbdülrəsulla üz-üzə gələcək. Məhz bu görüşün qalibi İsraildən olan Tohar Butbulla qarşılaşmalıdır. Amma 30 yaşlı Əlcəzair idmançısında olimpiadaya qələbə ilə başlayacağına əminlik var. Çünki Məhəmməd Əbdülrəsul güclü rəqib sayılmır. Fəthi Nurin inanır ki, qalib gələcək və israilli ilə rəqib olacaq.

Məsələnin daha bir maraqlı tərəfi Tohar Butbulun əlcəzairli üçün tanış rəqib sayılmasıdır. Fəthi Nurin 2019-cu ildə Tunisdə Afrika çempionu adını qazanıb. Çempion həmin il Yaponiyadakı dünya çempionatında iştirak imkanı əldə edib. Fəthi Nurin ilk görüşündə qalib gəlib. Amma ikinci qarşılaşmada onu məhz Tohar Butbulun gözlədiyini biləndə yarışı dayandırıb. Yay Olimpiya Oyunlarında oxşar vəziyyət yarananda afrikalı lap özündən çıxıb. Həm Fəthi Nurin, həm də Amar Benixlev belə durumun planlaşdırılması qənaətinə gəlib və Tokionu tərk etmək qərarı veriblər.

Olimpiada təşkilatçıları müsəlman idmançını israilli ilə qarşılaşdırmaq məqsədi güdmədiklərini açıqlayıb. Hər iki idmançı son illər 73 kiloqram çəki dərəcəsində yarışır. Yəni onların növbəti dəfə üz-üzə gəlmək ehtimalının təsadüfi yarandığı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »