Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron telefonlarını dəyişməyə məcbur olub
Makron telefonlarını dəyişməyə məcbur olub

Bu yaxınlarda dünyada 50 mindən çox insanın telefonlarının İsrail mərkəzli NSO Qrupu tərəfindən hazırlanan "Pegasus" casus proqramı vasitəsilə izləndiyi aşkarlandı.

Fransada nəşr olunan Le Monde qəzetinin iddialarına görə, “Pegasus” casus proqramından istifadə edərək, Fransa prezidenti Emmanüel Makrona məxsus smartfon da dinlənilib. Telefonunun “Pegasus” proqramı ilə dinlənildiyi iddiaları hələ sübut olunmasa da, Makron ehtiyat məqsədilə mobil telefonunu və xəttini dəyişdirib.

Makrona aid ümumilikdə 4 telefon, 2 iPhone, 1 Samsung və 1 Teorem olduğu halda, telefonlardan hansılarının dəyişdirildiyi tam olaraq açıqlanmayıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »