Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın müdafiə naziri istefa verib
Ermənistanın müdafiə naziri istefa verib

Vaqarşak Arutyunyan Ermənistanın müdafiə naziri postundan istefa verib.

Bizimyol.info xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyindən Sputnikə verilən məlumata görə, Vaqarşak Arutyunyan artıq nazirlikdə vida iclası keçirib.

Müdafiə nazirinin istefaya gedəcəyi ölkə daxilində uzun müddət müzakiə mövzusuna çevrilib. Son zamanlar  mətbuatda da Arutyunyanın yaxın vaxtlarda istefa verəcəyi ilə bağlı xəbərlər yer alırdı.

Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. Sonra siyasi fəaliyyətə başladı. 2002-ci ildə o zamanki prezident Robert Köçəryan tərəfindən vəzifəsindən azad olunaraq general-leytenant rütbəsindən məhrum edilib. 2019-cu ildə prezident Armen Sarkisyanın fərmanı ilə o, rütbəsi bərpa edilib. 2020-ci ilin avqust ayında Baş nazir Nikol Paşinyanın baş məsləhətçisi və həmin il noyabr ayının sonunda müdafiə naziri təyin edilib.

Son xəbərlər
Bütün xəbərlər »