Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Federasiyası meyvə-tərəvəz idxalçıları qarşısında yeni tələblər qoyub
AQTA

Xəbər verildiyi kimi, Rusiya Federasiyasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" federal qanununun beynəlxalq əməkdaşlığa dair bölməsində müvafiq dəyişiklik olunub.

Yeni qanunvericilikdə bitkiçilik məhsullarının, pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi, o cümlədən Rusiya Federasiyasına idxal olunan pestisid və aqrokimyəvi maddələrin qüvvədə olan qeydiyyat şəhadətnaməsinin mövcud tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə onların laborator müayinələrinin aparılması üçün sınaq materiallarının və ya nümunələrin götürülməsi nəzərdə tutulur.

Eyni zamanda dəyişiklikdə bu ölkəyə ixrac olunan bitkiçilik məhsullarının istehsal yerlərində pestisidlərin və aqrokimyəvi vasitələrin tətbiqi ilə bağlı məcburi tələblərə uyğunluğun müvafiq beynəlxalq müqavilədə nəzərdə tutulan üsullarla yoxlanılması ilə bağlı dövlət nəzarətinin gücləndirilməsi öz əksini tapır.

Tətbiq olunan yeniliyə əsasən, Rusiya Federasiyası meyvə-tərəvəz məhsullarının idxalında dövlət nəzarətini daha da gücləndirib. Belə ki, Rusiya Federasiyanın yeni qanunvericilik tələblərinə uyğun olmayan və idxal tələblərinə cavab verməyən meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracı mümkün olmayacaq. Bununla bağlı olaraq, Rusiya Federasiyasına meyvə-tərəvəz ixracı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin AQTA-da qeydiyyatdan keçməklə zəruri məlumatları təqdim etmələri tələb olunur.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
Son xəbərlər
Bütün xəbərlər »