Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşaya olan "köhnə yol" tam açılır
Şuşaya olan "köhnə yol" tam açılır

Qarabağda antiterror əməliyyatı qismən başa çatıb. Qırmızı bazar ətrafındakı 3 yüksəklik artıq nəzarətimizdədir. Həmin yüksəkliklər vasitəsilə Xocavənd-Şuşa yolu nəzarətdə saxlanacaq. Yəni Şuşaya olan "köhnə yol" tam açılır. Bu fikirləri araşdırmaçı jurnalist Elçin Aloğlu səsləndirib.

O qeyd edib ki, Ermənistan ərazisində Azərbaycan anklavları olan Qazaxın Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Yuxarı Əksipara, Qızıl Hacılı və Aşağı Əksipara və Naxçıvanın Kərki  kəndlərinin taleyinin həll olunmasına çox az qalıb.

“Nikol Paşinyan "Azərbaycanla yeni sənəd imzalamağa hazıram. Azərbaycan razılaşmamıza əməl etsə və barəsində danışdığımız şərtləri yerinə yetirsə, bəli, mən o sənədi imzalayaram" söyləyib. Bu o deməkdir ki,  Bakı Qarabağ ərazisində yaxalanmış , alkin terror aktlarında iştirak təsdiqlənməmiş erməni diversantların bir qismini  azad edəcək, əvəzində  sözügedən kəndlər   geri alınacaq, Zəngəzur dəhlizi ilə bağlı İrəvanın rəsmi razılığı de-yure təsdiqlənəcək”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »