Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdamda modul tipli yeni hərbi hissə istifadəyə verildi - Video
Ağdamda modul tipli yeni hərbi hissə istifadəyə verildi - Video

Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də, məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli kompleks istifadəyə verilib.

“Bizimyol.info” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Açılış mərasimdə çıxış edən hərbi birlik komandiri general-mayor Hikmət Həsənov Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.

Tədbirdə bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin edəcək bu modul tipli qurğuda silah otağı, yataqxana, yeməkxana, mətbəx, eləcə də hamam-sanitar qovşağı mövcuddur.

Azad olunmuş digər ərazilərimizdə modul tipli yeni hərbi hissələrin tikintisi prosesi davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »