Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 18 mərtəbəli binada baş verən yanğıının söndürülməsi ilə bağlı görüntülər yayılıb - Video
Fövqəladə Hallar Nazirliyi

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bizimyol.info-ya Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə yanğın barədə daxil olmuş zəng əsasında qısa müddətdə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğının onsəkkizmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində baş verdiyi nəzərə alınaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürmə əməliyyatı həyata keçirilib. Yanğnsöndürənlərin çevik müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəri 120 kv.m. olan üçotaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanda 1 ədəd dolab yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »