Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samovar oğurlayan keçmiş məhkum saxlanılıb
Samovar oğurlayan keçmiş məhkum saxlanılıb

Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb. Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »