Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çelsi TV"nin çarxı "Qarabağ" azarkeşlərini özündən çıxardı - VİDEO
Çempionlar Liqası çərçivəsində bu gün "Qarabağ" - "Çelsi" ilə qarşılaşacaq.

Baku.ws-in məlumatına görə, oyun öncəsi "Çelsi TV" qarşılaşma ilə bağlı anons hazırlayıb.

Çarxdan göründüyü kimi "Çelsi TV" ilk qarşılaşmadakı 6:0 hesablı oyundan kadrlar verib. Kanal bununla öz klubuna dəstək verib. Ancaq klubun Instagram səhifəsində paylaşılan video "Qarabağ" azarkeşlərini qıcıqlandırıb. Paylaşımın altında "Çelsi"nin və azarkeşlərin ünvanına sərt sözlər yazılıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" - "Çelsi" oyunu saat 21:00-da start götürəcək.

Son xəbərlər
Bütün xəbərlər »