Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misir 1 milyard dolları alanadək “The Ever Given”i girov saxlayacaq
Misir 1 milyard dolları alanadək “The Ever Given”i girov saxlayacaq

Süveyş kanalında saya oturaraq, dünya ticarət nəqliyyatının dayanmasına səbəb olan gəmi qəzası ilə əlaqədar yeniliklər yaşanır.

“Qafqazinfo" xəbər verir ki, Misir hökuməti təzminat ödənməyəcəyi təqdirdə, gəmini geri verməyəcəyini açıqlayıb.

Süveyş Kanal İdarəsinin rəhbəri Usame Rabi bildirib ki, kanalda saya outran konteyner gəmisinin səyahət məlumat cihazının oxunması əməliyyatı başa çatıb:

“Süveyş kanalının uğradığı zərər təxminən 1 milyard dollardır. Yük gəmisinin yol açdığı zərər tərəfimizə ödənilənədək göllər bölgəsinə çəkilən gəmi nəzarətimizdə olacaq. Məsələ istintaq tərəfindən də izlənilir”.

Xatırladaq ki, Çindən Rotterdama yola düşən, 400 metr uzunluğa və 224 min ton yükgötürmə qabiliyyətinə malik olan “The Ever Given” konteyner gəmisi martın 24-də kanalın 151-ci kilometrliyində saya oturaraq, hərəkətin dayanmasına və yüzlərlə gəminin kanalın girişində tıxac yaratmasına səbəb olub.

Altı günlük çalışmalardan sonra gəmi üzdürülüb, kanalda hərəkət bərpa edilib. Ancaq Misir bu müddətdə ciddi maliyyə itkisi ilə üzləşib. Belə ki, kanalın bağlı qaldığı hər gün bu dövlətə 10-15 milyon dollar başa gəlib.

“The Ever Given” adlı gəminin sahibi olan yapon şirkəti səfərlərin ləngiməsinə görə ticarət gəmilərinin operatorlarından üzr istəyib.

Son xəbərlər
Bütün xəbərlər »