Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə qiyamçı generalın iddiasını geri qaytardı
Məhkəmə qiyamçı generalın iddiasını geri qaytardı

Ermənistanın İnzibati Məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın vəkili tərəfindən baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyana qarşı qaldırılan iddianı geri qaytarıb.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, hakim Liana Akopyanın sədrliyi ilə qəbul edilmiş qərarda qeyd edilib ki, qarşı tərəf 5 gün ərzində apellyasiya şikayəti verə bilər.

Onik Qasparyanın vəkili Artur Ovannisyan prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyana qarşı İnzibati Məhkəmədə iddia qaldırmışdı. İddiada Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərmanın qüvvədən düşmüş hesab edilməsi tələb olunurdu.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan martın 22-də prezident Armen Sarkisyanın Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə fərman layihəsini imzalamadığı və Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün Davtyanın bu vəzifəyə təyin edildiyini açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »