Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cozef Bayden ilk mətbuat konfransını rekord vaxtda gec keçirəcək
Cozef Bayden ilk mətbuat konfransını rekord vaxtda gec keçirəcək

ABŞ prezidenti Cozef Bayden cümə axşamı özünün ilk mətbuat konfransını keçirəcək.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev bildirib.

Bu, Baydenin prezidentliyinin 65-ci günündə birinci mətbuat konfransıdır. ABŞ-ın hazırkı rəhbəri sələflərindən olduqca gec mətbuat konfransı keçirir. Belə ki, Donald Tramp da, Barak Obama da, Corc Buş, habelə Bill Klinton da prezidentlik müddətlərində media nümayəndələri ilə bu qədər gec müddətdə görüşməyiblər.

Baydenin mətbuat konfransının başlanma saatı hələ məlum deyil.

Son xəbərlər
Bütün xəbərlər »