Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Onlarla qonşu olduğumuz müddətdə dəyənəyimizi yerə qoya bilmərik”
“Onlarla qonşu olduğumuz müddətdə dəyənəyimizi yerə qoya bilmərik”

Qələbədən 5 ay vaxt keçsə də, hələ də azad edilmiş ərazilərə dair mina xəritələrini ala bilməmişik. 1999-cu ildə bunu qadağan edən Konvensiya qüvvəyə minib.

Politoloq İlham İsmayıl Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, həmişəki kimi dünya ikili standartlarla fikir yürüdür. Ermənistandan minalanmış ərazilərin xəritəsi tələb olunmadığı halda, Azərbaycana qədəm qoyan hər bir təşkilat nümayəndəsi əsirlər məsləsini gündəmə gətirir.

Ilham Ismayıl İlham İsmayıl

“Biz əsirlikdə olan şəxslərin qaytarılmasına yalnız o halda baxa bilərik ki, düşmən minalanmış ərazilərin xəritəsini versin. Biz bu şərti qoymalıyıq. Dinc şəraitdə minaya düşən vətəndaşlarımızın sayı yüzə çatıb. Hər dəfə belə xəbər çıxanda Ermənistan tərəfinin sosial şəbəkələrdə toy-bayram etdiyini görürəm. Ermənistan cəmiyyəti hakimiyyətdən əsirlərinin qaytarılmasını tələb edir. Xəritələri vermirsə, deməli, başqa niyyəti var. Ermənistan bir yana qalsın, beynəlxalq təşkilatlar, hər Bakıya gələnin ilk sözü əsir məsələsi olur”,- deyə ekspert bildirib.

“Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 72 faiz ərazisinə nəzarət edə bilmiriksə, orada düşmən qüvvələri fəaliyyətdədirsə, biz ora gedə bilmiriksə, deməli, Qarabağ məsələsi hələ bitməyib. Biz düşmənə də, Avropa təşkilatlarına da məsələ bitib mesajı verdik. Amma Avropanı qarşımıza ala bilmərik. Baxmayaraq ki, Qərb ikili standartlar güdür, Qarabağa dair yanlış mövqe tutub və tutur, amma Qarabağ məsələsində bütün münasibətləri kəsə bilmərik, çünki buna cavab olaraq zərbələr alırıq, üstəlik, Qərb bu günlərdə Rusiya ilə münasibətləri gərginləşdirib və Putinə güclü təzyiqlər var. Biz həmişə düşmənimizin və onun havadarlarının kim olduğunu unutmamalıyıq. İndi bizim başımızın üstündə Domokl qılıncı kimi bir sual asılıb qalıb. Biz 5 il sonra Rusiya sülhməramlılarını gül-çiçəklə yola sala biləcəyikmi? Mən indiki vəziyytə baxıb bu suala rahatlıqla “hə” deyə bilmirəm. Çünki hələlik sülhməramlılar qarşı tərəfin rifahını daha çox güdür. 2 gün öncə Arutunyan sülhməramlıların müşaiyəti ilə Tərtərin ərazisi sayılan, amma hazırda düşmənin nəzarətində olan kəndlərə səfər etmişdi. Suqovuşanla sərhədə qədər gəlmişdi. Ona görə biz işimizi çox dəqiq görməliyik. Düşmən hərbi birləşmələri ərazidən çıxarılmalı, köçkünlərimiz həmin ərazilərə köçürülməli və onların təhlükəsizliyini təmin edilməlidir. O zaman “problem bitdi” deyə bilərik.

Dedilər qaz-işıq verəcəyik Xankindinə. Əvəzində nə alacağıq? Kommunal xərcləri demirəm, biz onlara deyirikmi, sabah Xocalı, Xankəndi köçkünləri geri qayıdacaq? Bizim maraqlarımız da təmin olunurmu? Mən çox arzu edərdim ki, biz bunun müqqabilində nəsə yaxşı cəhət görək. Onları uzun müddətdir tanıyırıq. Onlar yaxşılığa yaxşılıq edən deyillər. Birinci Qarabağ savaşında Çaykəndində blokadaya aldığımız düşmən qüvvəsi vardı, bizimkilərlə görüş keçirdilər, qarpız istəmişdilər. Amma yenə öz dediklərini deyirdilər ki, biz Çaykəndini Şaumyan rayonuna birləşdirəcəyik. Yəni bunların xisləti budur. Spitaka zəlzələylə bağlı kömək üçün uçan təyyarəmizi vurmadılarmı? Bu kimi faktlar yüzlərlədir. Ona görə onlarla qonşu olduğumuz müddətdə biz dəyənəyimizi çiynimizdən yerə qoya bilmərik. Onların bütün dövlətlərdə diasporları dövlət qədər güclü iş görür. Atdığımız hər addım buna hesablanmalıdır”,- deyə ekspert bildirib.

İlhamə.

Son xəbərlər
Bütün xəbərlər »