Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Pakistanın Milli Bayramı qeyd olunub
Bakıda Pakistanın Milli Bayramı qeyd olunub

Pakistanlın Azərbaycandakı səfirliyində Pakistan Günü münasibətilə rəsmi tədbir keçirilib.

“Report” xəbər verir ki, səfir Bilal Haye çıxışı zamanı 1947-ci ildə Britaniya Hindistanı müsəlmanlarının təyini-müqəddərat hüququnun həyata keçirilməsi nəticəsində Pakistan dövlətinin yaradıldığını diqqətə çatdırıb.

Səfir həmçinin milli bayram münasibətilə Pakistan prezidenti, baş naziri, xarici işlər nazirinin müraciətlərini oxuyub.

Səfirlik əməkdaşlarının və pakistanlı icması nümayəndələrinin iştirakı ilə Pakistanın dövlət bayrağı təntənəli şəkildə qaldırılıb.

Son xəbərlər
Bütün xəbərlər »