Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Joze Mourinyo istefaya göndərilə bilər
Joze Mourinyo istefaya göndərilə bilər

İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem"in baş məşqçisi Joze Mourinyo cari mövsümün sonunda istefaya göndərilə bilər.

"Report" xəbər verir ki, London təmsilçisi çempionatı ilk "4-lük"də bitirməsə, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq.

Bildirilib ki, klubun Avropa Liqasında mübarizəni dayandırmasından sonra 58 yaşlı baş məşqçi böyük təzyiq var. Bu səbəbdən turnir cədvəlindəki yekun nəticə onun "Tottenhem"dəki gələcəyi baxımından həlledici olacaq.

İddiaya görə, Mourinyo qovulsa, komanda hazırda Almaniya "Leyptsiq"inə başçılıq edən Yulian Nagelsmana həvalə olunacaq.

Qeyd edək ki, "Tottenhem" 28 turdan sonra 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »