Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qəbələ" "Səbail" komandası ilə heç-heçə etdi
"Qəbələ" "Səbail" komandası ilə heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir görüşü "Qəbələ" və "Səbail" komandaları arasında keçirilib. "Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 57-ci dəqiqədə qonaqların hücumçusu Amil Yunanov açıb. O, ilk komandasını əks-hücum nəticəsində məyus edib. Bundan 9 dəqiqə sonra Yunanovun komanda yoldaşı Ruslan Hacıyev qırmızı vərəqə alıb. Meydan sahibləri say üstünlüyündən 79-cu dəqiqədə yararlanmağı bacarıb. Cavid Hüseynovun ötürməsində sonra başla dəqiq zərbə endirib.

Bu nəticədən sonra xalını 22-yə çatdıran "Qəbələ" 5-ci, 22 xala malik "Səbail" 6-cı pillədə qalıb.

Qeyd edək ki, turun ilk iki oyununda "Neftçi" "Zirə"ni 3:1 hesabı ilə yenib, "Sabah" "Sumqayıtla" heç-heçə edib - 1:1. Tura bu gün saat 17:15-də başlanacaq "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər
Bütün xəbərlər »