Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Martın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Komitənin sədri Musa Quliyev bildirib ki, iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək. O, məlumat verib ki, Əmək Məcəlləsinə təklif olunan hazırkı dəyişikliklər əmək münasibətlərində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır və dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentin plenar iclasında müzakirəsi zamanı deputatların qaldırdığı məsələlər nəzərə alınıb, müəyyən dəqiqləşdirmələr aparılıb. Vurğulanıb ki, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən bu qanunvericilik təşəbbüsü işçilərin əmək hüquqlarının möhkəmləndirilməsinə, onların istirahət, məzuniyyət, sosial təminat, habelə gələcəkdə pensiya təminati məsələlərinin müsbət həll edilməsinə yönəlib.

Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

İclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Məlahət İbrahimqızı, Jalə Əliyeva, Səttar Möhbalıyev, Aqil Məmmədov, Vüqar İskəndərov, Sevinc Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildiriblər ki, bu mühüm yenilik real əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi mexanizmini yaratmaqla qeyri-rəsmi məşğulluğun azalmasına hesablanıb. Vurğulanıb ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər böyük işçi kütləsinin əmək hüquqlarını möhkəmləndirəcək, sosial müdafiəsini gücləndirəcək və onların rifahının yüksəlməsinə xidmət edəcək.

Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Onlayn iclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Rauf Əliyev, Arzu Nağıyev, Əziz Ələkbərli, Vüqar Bayramov, Rəşad Mahmudov, Razi Nurullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »