Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Yerevanda kütləvi itaətizlik aksiyası keçiriləcək
Bu gün Yerevanda kütləvi itaətizlik aksiyası keçiriləcək

Bu gün saat 18:00-da Ermənistanın paytaxtı Yerevanda “Vətənin qurtuluşu uğrunda” hərəkat kütləvi itaətsizlik aksiyası keçirəcək.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Aksiyanın keçirilməsi barədə qərar ötən həftənin sonlarında keçirilən mitinqdə qəbul edilib. Aksiya iştirakıları baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edirlər.

Qeyd edək ki, Ermənistanda Paşinyan əleyhinə kütləvi aksiyalar ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatdan sonra başlayıb. Müxalifət fəalları bu günə qədər bir neçə etiraz aksiyası, yürüş keçiriblər. Mitinqlər zamanı baş verən qarşıdurmalarda onlarla insan xəsarət alıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »