Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron NATO-nu mövcud olmayan təşkilat adlandırıb
Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron NATO-nu növbəti dəfə tənqid edib.

Bu barədə “Financial Times” qəzetinə istinadən xəbər verir.

Fransa rəhbəri qeyd edib ki, NATO daha aktual deyil.

O, xatırladıb ki, Şimali Atlantika alyansı indi mövcud olmayan Varşava Müqaviləsi təşkilatına qarşı mübarizə üçün yaradılmışdı.

"Bəzən biz artıq geopolitik məntiqlə mövcud olmayan və Avropanı parçalamağa davam edən ideologiya və ya təşkilata qarşı mübarizəmizi davam etdiririk", - Emmanuel Makron deyib.

Fransa lideri həmçinin böyük regional münaqişələrin həlli vasitəsi kimi “fəaliyyətini dayandıran” BMT Təhlükəsizlik Şurasının işini mənfi qiymətləndirib. Onun sözlərinə görə, məsələn, "dirçəldilmiş" Şura ABŞ və Çin arasında gərginliyin artırılmasından qaça bilərdi, ancaq Makron əmin deyil ki, Çin Xalq Respublikası əməkdaşlığa razı olacaq.

Fransa prezidenti ilk dəfə deyil ki, NATO-nu tənqid edir. Daha əvvəl o, təşkilatın "beyninin ölümü" haqqında bildirib.(report)

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »