Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya məhkəməsi Navalnının günahkar olduğunu təsdiqləyib
Aleksey Navalnı

Rusiya məhkəməsi blogger Aleksey Navalnını Böyük Vətən Müharibəsi veteranına böhtan atmaqda günahkar hesab edib.

APA xəbər verir ki, bu barədə qərarı məhkəmənin hakimi elan edib.

“Navalnı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi (böhtan atma) ilə cinayət törədib”, - deyə hakim Vera Akimova bildirib.

Sonra məhkuma hökm oxunub. Prokurorluq məhkəmədən Navalnının 950 min rubl cərimə cəzasına məhkum edilməsini istəsə də, məhkəmə bu məbləği 850 min rubl təyin edib.

Dövlət ittihamına görə, 2 iyun 2020-ci ildə A.Navalnı sosial şəbəkələrdə Böyük Vətən Müharibəsi veteranı İqnat Artemenkonun Rusiya Konstitusiyasına dəyişiklikləri dəstəklədiyi bir video yayıb və videonun altında “bilə-bilə yalançı, veteranın şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən” şərhlər yazıb.

Paylaş »
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »