Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşağın şıltaqlığı 133 doza peyvəndin məhvinə səbəb oldu
Vaksin - peyvənd

Ötən gün Braziliyanın Rio Bananal şəhərində sakinlər üçün nəzərdə tutulan koronavirusa qarşı peyvəndin hamısı sıradan çıxıb.

“Report” xəbər verir ki, polisin bildirdiyinə görə, 9 yaşlı uşağın vaksinasiya mərkəzində səhvən elektrik lövhəsini söndürməsi soyuducuda saxlanılan “CovonaVac” peyvəndinin 133 dozasının, habelə qan testi nümunələrinin və başqa dərmanların məhv olmasına səbəb olub.

Nəticədə şəhər bələdiyyəsi həssas qruplar arasında peyvəndləmə aparmaq üçün yenidən doza gətirtmək məcburiyyətində qalıb.

Şahidlərin sözlərinə görə, uşaq oynayaraq skamyaya dırmaşıb və elektrik lövhəsinin içində sayrışan qırmızı lampanı söndürmək istəyərkən səhvən elektrik təchizatını şəbəkədən ayırıb.

Hadisəyə dair araşdırma aparılır.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »