Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın “Amerika bayrağı” kimi əsməsinin səbəbi nələrdir…
İranın “Amerika bayrağı” kimi əsməsinin səbəbi nələrdir…

Yanvar ayının 27-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.

İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytında verilən məlumatda bildirilib ki, İran və Ermənistan XİN başçılarının görüşündə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.

“Ermənistan respublikası daxil olmaqla bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - deyə İran XİN başçısı bildirib.

O, Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi xarakterizə edib.

Bir müddət öncə Bakıya səfəri zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanı işğaldan azad edilmiş torpaqlara görə təbrik edib, ərazi bütövlüyünü tanımışdı.

İranın hər iki ölkəyə səfəri zamanı özünü, həmin ölkənin yanında göstərməsinin və iki tərəfli mövqe sərgiləməsinin şahidi oluruq. İranın “Amerika bayrağı” kimi əsməsinin səbəbi nələrdir? İran Azərbaycanın qələbəsinə sevinirmi, yoxsa “əhəmiyyətli qonşusu” hesab etdiyi Ermənistanla sərhədboyu qonşu qalmaq onun üçün daha əlverişli idi?

Əziz Əlibəyli Əziz Əlibəyli

Bizimyol.info-nun suallarını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, hansısa dövlətin açıqlamalarına xüsusi bir vəfa borcu kimi baxmamalı, diplomatik manevr kimi baxmalıyıq.

“İranın mövqeyi ilə bağlı vaxtaşırı məsələlər gündəmə gəlir. Müharibənin gedişində də prezidentin İranla bağlı müəyyən sətiraltı çıxışları oldu, narazılığını ifadə etdi. Cavad Zərifin Bakıya səfərində Azərbaycanı işğaldan azad edilmiş torpaqlara görə təbrik edib, ərazi bütövlüyünü tanıması çox önəmli məsələdir. Görüş çərçivəsində Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan Bakı-İrəvan arasındakı bu diplomatik dialoqlarda İranın öz mövqeyini müəyyən etməsinə ehtiyac var. Bu, 44 günlük müharibədən sonra yaranan reallıqlarla və Azərbaycanın yeni formalaşacaq münasibəti ilə bağlıdır. İranın böyük hissəsi azərbaycanlılardan ibarətdir və Qarabağdakı qalibiyyət onlara da təsir göstərdi. Bu səbəbdən də, İran narahatlıq içərisindədir ki, biz qalib gəldik.

İranın Ermənistanla bağlı verdiyi bəyanatda bildirilirdi ki, Ermənistanın ərazi bütövlüyü bizim üçün qırmızı xətdir. Biz hansısa dövlətin açıqlamalarına xüsusi bir vəfa borcu kimi baxmamalıyıq. Diplomatik manevr kimi baxmalıyıq. Əvvala Azərbaycanın Ermənistanın ərazisində nə işi var ki, Ermənistanın ərazi bütövlüyünü tanıyır? Yəni, Azərbaycan öz ərazilərini azad edir. Bu baxımdan qırmızı xətt kimi açıqlamalar mənasız açıqlamalardır və bunu Azərbaycana qarşı yönəlib kimi nəzərdən keçirtməyə ehtiyac yoxdur”.

Əziz Əlibəylinin sözlərinə görə, ən cavib meyar burada qalibiyyətin əldə olunması və ölkənin gücü ilə bağlıdır.

“İstənilən bəyanat, diplomatik açıqlamalar, gedişlər texniki xarakter daşıyır. Bizim ölkənin qalib gəlinməsini, güclü olması faktorunu heç nə dəyişmir. Deməli İranın da o cür açıqlamalarına ciddi baxmağa ehtiyac yoxdur”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »