Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN Badamdardakı sürüşümə ilə bağlı məlumat yaydı
FHN Badamdardakı sürüşümə ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Badamdardakı sürüşmə ilə bağlı məlumat yayıb.

FHN-dən "Bizimyol.info"ya daxil olan məlumatda bildilir ki, bu gün saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

Əlavə məlumat veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »