Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
Nikol Paşinyan
"Nə qədər xoşagəlməz və qəribə olsa da, təəssüf ki, fakt göz qabağındadır. Ermənistanı fəlakətə sürükləyən Nikol Paşinyan nəinki azadlıqda gəzir, həm də Ermənistan Respublikasının Baş naziri sayılır",- deyə "Yerevan Today" nəşrinin əməkdaşı Armen Hakobyan yazır.

Bizimyol.info xəbər verir ki, Onun fikrincə, Ermənistan parlamenti də tam olaraq Paşinyanın tərəfindədir. Çünki onları ya qanunsuz ödənişlərlə, ya da "leqal korrupsiya", yəni əsassız olaraq şişirdilmiş maaşla öz yanında saxlayır. Bundan əlavə, müəllifin fikrincə, deputatlar baş verənlərə görə məsuliyyəti paylaşmaqdan da qorxurlar.

İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan

Nəşr hesab edir ki, müxtəlif rəy sorğularında Paşinyanın reytinqi şişirdilib. Həmçinin hökumət tez-tez deyir ki, “yüksək reytinqimiz var, insanlar bizim tərəfimizdədir, Rusiya ilə heç bir problemimiz yoxdur, Paşinyan uğurlu baş nazirdir, Kreml üçün də məqbul variantdır".

"Komanda üzvləri də daxil olmaqla hər kəs bunun hamısının bir uydurma olduğunu bilir. Çünki “yüksək reytinqli” bir şəxs yaşayış yerindən işə iki-üç min polis və çoxlu sayda mühafizəçinin müşayiəti ilə getməzdi, sərbəst hərəkət edərdi. Təsadüfən ictimai yerlərdə, hətta yaşayış yerlərində görünsə, camaat tüpürər. Ona qarşı bu münasibət ömürlük olacaq. Ölümündən sonra da davam edəcək",- deyə nəşr yazır.

Rusiya üçün uyğunluğuna gəlincə, müəllif Paşinyanın tez-tez Rusiya əleyhinə açıqlamalar verməsinə diqqət çəkib: "Ümumiyyətlə, bir ölkənin hökumət nümayəndələrinin müttəfiq dövlətin başçısını açıq yalan və çirkli manipulyasiyalarda ittiham etməsi çox unikal bir haldır. Bəli, bəlkə də bir müddət Kreml üçün Nikol Paşinyanı kukla kimi saxlamaq məqbuldur. Amma bununla birlikdə, Rusiya rəhbərliyi bilir ki, Nikol Paşinyan və hökuməti normal Ermənistan-Rusiya münasibətləri üçün zəhərli bir bombadır.

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

Yeganə problem bu deyil. Problem daha dərindir. Fakt budur və bu, demək olar ki, tamamilə sübut edilmiş hesab edilə bilər ki, Qarabağda retrospektiv səylərlə təhrik edilən bu “qəribə toqquşmada” Nikol Paşinyanın “planı” Artsaxın və Ermənistanın məhv edilməsi idi. Ümumiyyətlə, bu "plan" artıq Ermənistanı mavi haşiyəli podnosda bir vilayət olaraq Türkiyəyə verməyi nəzərdə tutur.

Bir daha təkrar edək ki, Paşinyanın Ermənistanı vilayətə çevirmə proqramı hələ də qüvvədədir. Bu azğınlığa ibadət etməyə davam edənlərin vay halına!"

Paylaş »
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Karantin sərtləşdirilə bilər - Şöbə müdiri
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
Son xəbərlər
Bütün xəbərlər »