Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ledi Qaqa ABŞ himnini oxudu - Video
Ledi Qaqa ABŞ himnini oxudu - Video

Xəbər verdiyimiz kimi, dünən ABŞ-ın yeni prezidenti Co Baydenin inaqurasiya mərasimi baş tutub. Mərasim zamanı ABŞ himnini Ledi Qaqa ifa edib.

ABŞ-ın 46-cı prezidenti Bayden və xanımı onun ifasını alqışlarla qarşılayıb. Sosial şəbəkələrdə geniş yayılan bu video görüntü rəğbətlə qarşılanıb və hər kəs Ledi Qaqanın gözəl ifa etdiyini söyləyib.

Baydenin ilk 100 gündə görəcəyi işlər siyahısında başda ABŞ-ın ÜST-ə üzvlüyünün geri qayıtması daynır. Prezident bildirib ki, ABŞ Çini pandemiyanın yayılmasında ittiham etməli deyil, elə etməlidir ki Çin bütün digər ölkələrlə birlikdə eyni qaydalarla oynasın.

İkinci məsələ olaraq iqlim dəyişikliyi və havaya karbon qazarının atılmasının azaldılması, üçüncü məsələ olaraq isə Trampın ölkəyə miqrantların daxil olması ilə bağlı qoyduğu bir sıra qadağaların aradan qaldırılması planlaşdırılıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »