Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada polis ona bıçaqla hücum edən kişini güllələyərək öldürüb
Moskvada polis ona bıçaqla hücum edən kişini güllələyərək öldürüb

Moskvada mənzilə çağırışa gələn polis əməkdaşına qarşı bina sakini tərəfindən bıçaqla hücum edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvada İstintaq Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib.

Y.İvanova qeyd edib ki, hadisə paytaxtın “Quryevski” dəmiryolu keçidi yaxınlığındakı yaşayış binasında baş verib: “Yanvarın 12-də əlində soyuq silah olan kişi təcili tibbi yardım əməkdaşlarını və qonşuları ölümlə təhdid edib. Eyni hərəkət çağırışla hadisə yerinə gələn polis əməkdaşlarına qarşı da edilib. Polis xəbərdarlıq atəşi açsa da silahlı şəxs hücumu davam etdirib”.

İstintaq Baş İdarəsinin nümayəndəsi əlavə edib ki, xəbərdarlıq atəşindən sonra polis əməkdaşı silahlı şəxsi güllələmək məcburiyyətində qalıb. Təcavüzkar aldığı güllə yarasından hadisə yerində ölüb.

Son xəbərlər
Bütün xəbərlər »