Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycana yalvar ki, mədəni muxtariyyət versin" - Ermənistandan son reaksiyalar
"Azərbaycana yalvar ki, mədəni muxtariyyət versin" - Ermənistandan son reaksiyalar

Yanvarın 11-də Moskvada imzalanan üçtərəfli bəyanat Ermənistanda növbəti etiraz dalğasına səbəb olub.

Bizimyol.info xəbər verir ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliev və Vladimir Putin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan regionda bütün kommunikasiyaların açılmasına dair bəyanat imzalayıblar və bunun üçün üçtərəfli komissiyanın yaradılması qərara alınıb.

İrəvanda Respublika meydanında mitinq Ermənistanda etirazlar (Foto: Arxiv)

Bəyanat açıqlanandan sonra Ermənistanda Paşinyanın ünvanına tənqidlər və təhqirlər yağmağa başlayıb. Onun "Qarabağın statusu" barədə dedikləri də qəzəblə qarşılanıb və bu açıqlamanın daxili auditoriyaya hesablandığı deyilir.

Ermənistan cəmiyyətinin reaksiyalarını təqdim edirik:

"İslahatçılar" partiyasının təsisçisi Vahan Babayan baş verənləri "tarixdə misli görünməmiş biabırçılıq" adlandırıb: "Dünən baş verənlər tarixdə misli görünməmiş bir biabırçılıq idi. Heç vaxt onu "sərxoş təlxək" adlandıran bir adamla danışıqlar aparan məğlub bir lider görünməmişdi. Utancverici bir məğlubiyyətimiz oldu. İndi də davam edir - müsbət bir addım ata bilmirik və Moskvadakı bu görüş nəticəsində bircə əsirin qayıtmasına da nail ola bilmədik. Paşinyanın nəticəsiz danışıqlara getməsi və şifahi razılaşmaları yazılı şəkildə bağlaması bağışlanmazdır. O, yaxınlaşdı, oturdu, ona verilənləri imzaladı. Bu bir həqiqətdir - məğlubiyyətə uğramış liderinin onu alçaldan düşmənlə oturub güzəştlərə imza atdığı bir ölkədə yaşayırıq".

Mikael Minasyan Mikael Minasyan

3-cü prezident Serj Sarkisyanın kürəkəni, keçmiş səfir Mikael Minasyan isə Paşinyanın konkret planının olduğunu və hələ də o plana uyğun getdiyini deyib: "Padşah peşəkarların fikirlərinə əhəmiyyət vermədi. Bunun bir səhv olduğunu düşünməyin! Düşünülmüş və planlı bir taktika idi. Nikolun bir planı var - o, Azərbaycan və Türkiyənin maraqlarını təmin etmək üçün hakimiyyətə gəlib. Bu plan hələ də həyata keçirilir. Onun icrası dayanmır".

Hüquq müdafiəçisi Avetik İşxanyan: "Xeyr, gizli saziş ehtimalı gücləndi. Və dünən əvvəlkinin ardınca daha bir alçaldıcı sənədə imza atandan sonra dırnaqarası baş nazir "Artsax"ın statusu barədə bağırırdı. Hansı status? Ölkənin başçısı sənsənsə, hər şeyi təslim edəcəksın, Sünikin (Zəngəzur - red.) statusu barədə düşün. Müttəfiqin Azərbaycana yalvar ki, heç olmasa, söz verdiyi kimi, mədəni muxtariyyət versin...

Əminəm ki, status barədə dedikləri Ermənistanın daxili auditoriyasına ünvanlanıb".

Pedaqoq Manuşak Stepanyan: "Ordumuz təhlükə altındadır. Analar durub deyirlər ki, mənim uşağım xidmət etməsin".

Mədəniyyət xadimi Qagik Manasyan isə təhqirdən də çəkinməyib: "Bu qoyunun Yeni ildə çıxış etməsini anlamadım. Biz təklif edirik ki, Ermənistanda fəaliyyət göstərən bütün televiziya şirkətləri və saytlar qondarma hökumətin fəaliyyətini işıqlandırmaqdan imtina etsinlər. Televiziyanın hökumət xəbər xidməti ilə müqaviləsi olmadığı təqdirdə belə bir hüquqa sahibdir".

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

Hüquqşünas Sarkis Qriqoryan: "Moskvadakı dünənki açıqlamalar həm Ermənistan baş nazirinin, həm də komandasının Ermənistanın mənafelərini təmin etmək üçün lazımi danışıqlar qabiliyyətinə malik olmadığını göstərdi. 11 yanvarda imzalanan sənədin icrası zamanı Ermənistanı nə gözləyir? Əlavə proseslərin gələcək nəsillər üçün dönməz nəticələri olacaq".

Son xəbərlər
Bütün xəbərlər »