Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus qazimiz: “Bilirdim mənə nəsə olsa, dostlarım xilas edəcək”
Rus qazimiz: “Bilirdim mənə nəsə olsa, dostlarım xilas edəcək”

Vladislav Karçaşkinin 20 yaşı var. Qarabağ qazisidir. Bakıda doğulub böyüyüb. Müharibəyə qədər avtoçilingər işləməklə yanaşı üzgüçülük və həndbolla da məşğul olub, müxtəlif yarışlarda iştirak edib. 2018-2019-cu illərdə cəbhə zonasında hərbi xidmətdə olub.

Müharibə başlayan kimi o da könüllü olaraq cəbhəyə getmək istəyib. Xocavənd, Cəbrayıəl və Füzulinin işğaldan azad olunması uğurnda döyüşlərdə iştirak edib. Pulemyotu ilə düşmənə qan uddurub. Şuşa uğrunda gedən döyüşlər zamanı yanında mina partlaması nəticəsində kantuziya alıb. Özünü qəhrəman hesab eləmir. Deyir bütün dostları kimi o da vətən uğrunda döyüşüb.

“Hər zaman dostlarıma arxayın idim. Bilirdim mənə nəsə olsa, onlar xilas edəcək. Mən bu vətənin övladıyam. Bir vətəndaş kimi əlimdən nə gəlirdisə, onu etməliydm və etdim. 44 günlük müharibə zamanı biz hamımız vətən üçün ölməyə hazır idik. Çox şey gördüm. Əziz dostlarım gözümü önündə həlak oldular, yaralandılar, yaralıları daşımalı oldum. Bir-birimizə dəstək ola- ola ancaq irəli gedirdik. Şəhidlərin anasının, xanımlarının, övladlarının göz yaşlarına baxmaq mənə çətindir. Hamısını hörmətlə xatırlayıram. Noyabrın 10-da qələbə xəbərini Şuşada aldım. Bu günü yaşamaq mənə nəsib oldu. Müharibə mənə nə öyrətdi. Həyatı qiymətləndirməyi. Bir də anladım ki, güc birlikdədir. Biz əslən bakılıyıq. Böyük qardaşım Denis də , atam Oleq də Azərbaycanda hərbi xidmət keçiblər. Azərbaycan dilini gözəl bilirik. Azərbaycanın şanlı oğulları sayəsində bu qələbə bizə qismət oldu. Bundan sona ölkəmizin sülh içərisində yaşayacağına ümid edirəm. Çox igid insanlar öldülər. Bir daha belə itkilər istəmirəm”,- deyə Vladislav bildirir.

Vladislava Azərbaycanı ana kimi sevməyi öyrətmiş anası İrina Malışevaya və bu qələbədə payı olan hər kəsə təşəkkür edirik.

İlhamə 

Son xəbərlər
Bütün xəbərlər »