Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google" əməkdaşları 2021-ci ilin sentyabrına qədər evdən işləyəcəklər
"Google" əməkdaşları 2021-ci ilin sentyabrına qədər evdən işləyəcəklər

"Google" rəhbərliyi koronavirusun yayılması ilə əlaqədar əməkdaşlarının evlərdən işləməsini 2021-ci ilin iyul ayından sentyabr ayına qədər təxirə salıb.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəhbəri Sundar Piçai tərəfindən elektron poçtla yayılan qeyddə deyilir.

Məlumata görə, şirkət həftənin ən az üç günü ofisdə işləməyi nəzərdə tutan "çevik iş həftəsi"ni sınamaq niyyətindədir.

İyul ayında "The Wall Street Journal" nəşri mənbələrə istinad edərək, "Google" işçilərinin koronavirus pandemiyası səbəbindən 2021-ci ilin iyul ayına qədər məsafədən işləməyə davam edəcəyini bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »